Interposta.Info

Namiq Qaraçuxurlu: “Sevgilim mənə xəyanət edib”

Maqazin
 13-06-2020, 14:56     1 569

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu şəxsi həyatı ilə bağlı qalmaqallı açıqlamalar verib.

"İnterPosta" oxu.az-a istinadən xəbər verir ki, "MTV Azərbaycan” telekanalında yayımlanan "Ulduzun vaxtı” proqramında sənətçi xəyanətlə üzləşdiyini bildirib.

N.Qaraçuxurlu illər öncə sevgilisi tərəfindən aldadıldığını dilə gətirib:

"Sevgilimdən ayrıldıqdan sonra onun mənə xəyanət etdiyini öyrəndim. Dostluqda da, sevgidə də xəyanət olub. Həyatda çox zərbələr almışam. Kişi olduğum üçün bu barədə danışa bilməmişəm. Hətta qarşı tərəfin mənə xəyanət etdiyini üzünə vurmamışam.

Elə zənn edib ki, xəbərsizəm. İllər sonra xəyanət etdiyini özünə söyləmişəm, eşitdiklərindən şoka düşüb. İnsanda üzə baxın, hər yerdə danışır ki, guya mən xəyanət etmişəm”.

Qeyd edək ki, Namiq Qaraçuxurlu 2001-ci ildə Solmaz adlı xanımla ailə qurub. 2005-ci ilin dekabrında cütlük boşanıb. Namiqin Ümid və Ülvi adlı iki oğlu var. İllər sonra - 2015-ci ildə sənətçi İstanbulda gizli şəkilfə ikinci dəfə ailə qurub.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26