Interposta.Info

 

Müxtəlif
 15-03-2017, 07:20     612

 
 

Bilirəm, yazımı oxuyub hərə bir söz deyəcək. Amma düşüncələrimi qələmə almaqda israrlıyam. Çünki bizlər həqiqəti yazmasaq gələcək nəsillər bunu bağışlamayacaq. Və haqları da olar.
Almaniyadan yazacağam. O ölkədən ki, Avropanın ürəyi sayılır, Qərb demokratiyasının beşiyi adlanır. Həə, sadəcə adlanır. Bir vaxtlar biz də kommunizmin beşiyi adlanırdıq. Yetmiş il ötdü və bu beşik qırılıb düşdü. İçindəkilərini görənlər indiyədək özlərinə gələ bilmirlər. Mən bu yazını o vaxt yazıram ki, Almaniya-Türkiyə münasibətləri pik həddə çatmaq üzrədir. Azərbaycandan da sözügedən ölkəyə bir köç var(Bu mövzuya başqa yazımda ətraflı toxunacağam). Bu məqamda bəzi mətləbləri açıqlamalıyam. Şimal regionundan, o cümlədən, Xaçmazdan da Almaniyaya gedənlərin sayı gündən-günə artır. Mən demirəm ki, bu ölkə iqtisadi və siyasi cəhətdən geridədir. Əksinə, alman xalqına qanunlarla yaşamağı öyrədiblər. Təsadüfi deyil ki, bizlərdə də haqq sözü deyənə "nemes” kimi adamdır deyirlər. Bunlarla işim yox. Azad dünyadır, kim harada istəsə yaşaya bilər. Bəzi azərbaycanlıların da Almaniyaya getməsi bu baxımdan təbii haldır. Amma əmması da var. Eşitdiyimə görə, Almaniyanın Azərbaycandakı səfirliyinin bəzi əməkdaşları "qara işlərlə” məşğuldurlar. Bu da ondan ibarətdir ki, indi ölkəmizdə peyda olmuş Almaniya üzrə "makler”lərlə işbirliyinə giriblər. Babalı deyənlərin və almanların boynuna. Amma mən Almaniyaya getmək üçün ev-eşiyini, torpağını satanları tanıyıram. Deyə bilərsiniz ki, insanlara pul lazımdır, qərib ölkədə yaşayacaqlar. Lakin bəzi şəxslərin topladığı sənədlər ayrı mətləbdən xəbər verir. Nəinki dövlətinə və millətinə, heç ailəsinə belə xeyir verməyən müəyyən adamlar indi dönüb siyasi mühacir olublar. Evinə su, işıq və qaz vaxtında gəlməyəndə səsini çıxarmaqdan qorxanlar guya Azərbaycandakı siyasi vəziyyətə dözmürlər. Yalnız adları mövcud müəyyən siyasi təşkilatlardan və QHT-lərdən pulla yalançı sənədlər yığıb üz tuturlar Almaniyaya. Elə bilməyin ki, həmin ölkənin Bakıdakı səfirliyinin əməkdaşları bunlardan bixəbərdirlər. Əsla elə deyil. Onların öz maraqları var. Nə qədər siyasi mühacirin sayı çox olsa, o qədər yaxşıdır. Bu arada bir məsələni də xüsusilə vurğulamaq istəyirəm. Azərbaycandan Almaniyaya gedənlərin çantalarında çoxlu saxta sənədlər olur. Amma nədənsə nə sərhədçilər, nə də gömrükçülər bunları görmürlər. Bir az başa düşüləndir. Çünki qrup halında gedənlərin arxalarında maklerlər dayanır... Onlar gedənləri Almaniyada yerləşənədək müşayiət edirlər. Məni qınamayın, yalanı götürə bilmirəm. Düşüncələrimə hakim kəsilənləri yazmamağa heç kəs məni məcbur edə bilməz. Almaniya şəhərlərində toplaşaraq Azərbaycandakı vəziyyətə qarşı mitinq keçirənləri də başa düşürəm. Almanlara yarınmaq və geriyə qayıtmağa yol qalmadığını göstərmək üçün başqa nə etməlidirlər ki? Ən rüsvayçısı budur ki, Almaniyada toplaşanların və yaşadığım regiondan siyasi mühacir adı ilə bu ölkəyə gedənlərin çoxu Bakıdakı "Məhsul” stadionunun yolunu belə tanımır. Olmazmı ki, elə buraya yığışıb dərd-sərlərini söyləsinlər və yüksək vəzifəli məmurlar da xalqın səsini eşitməyə məcbur olsunlar? Deməli, bəzi "siyasi mühacirlər” əslində getdikləri ölkənin xüsusi xidmət orqanlarının əlində bir alətə çevriliblər. Onlarınsa məqsədi təkcə hakimiyyətə deyil, həm də Azərbaycan dövlətinə qarşı çirkin niyyətlərini həyata keçirməkdir. Mən şimal bölgəsində bir radikal dindar tanıyıram, adını və soyadını da bilirəm. Bir müddət Almaniyada yaşayıb və ən maraqlısı budur ki, burada "Amnesti İnternəşnl” təşkilatının üzvü olub. Mən almanların bu şəxsi hansı məqsədlə adıçəkilən quruma qoşmasının səbəbini bilirəm. Bir radikal vəhhabi almanların nəyinə lazım idi ki? Deyilənlərə görə, bu şəxs yaşadığı rayonda özü kimilərlə birləşib şəbəkə yaradır, onlara Almaniyaya getməyə yardım göstərir. Nə deyim, yəqin almanlara belələri də lazımdır. Bəs Yaxın Şərqdə, Türkiyədə ora-buranı kim partlatsın? Müsəlmanı müsəlmana qarşı necə qoysunlar? Üzdə terrorizm əleyhinə çıxsalar da, əl altdan işlərini görürlər.
Deyəsən, Azərbaycandan çox danışdım. Əsas məqsədim Almaniya ilə Türkiyə arasında yaşananlara bir münasibət bildirmək və tarixə boylanmaq idi. Geriyə boylanmağa məcburam-1939-45-ci illərə. Həmin dövrlərə ki, ruhi xəstə Adolf Hitler almanların beyinlərinə yeritmişdi ki, onlar ali irqə mənsubdurlar və ona görə də dünyaya hegemonluq etməlidirlər. Almanların bir çox alimi də, yazıçısı da, bəstəkarı da, məmuru da, fəhləsi də, küçə süpürəni də tabağa düşən qoz kimi "Hayl, Hitler” deyə qışqırırdı. Bəs onların ağlı harada idi ki, faşist ideologiyasına inanırdılar? Niyə nasizmə və müharibəyə qarşı kütləvi çıxışlar etmirdilər? Almaniya daha nələr törətmədi ki? İndiki almanların ata-babaları deyilmi ki, krematoriyalar yaradaraq insanları diri-diri yandırdılar, təyyarədən atdılar, qaz kameralarında boğdular, bəzi kənd və şəhərləri əhalisi ilə birlikdə odlayıb külə döndərdilər. Ən dəhşətlisi bu idi ki, alman qadınları canlı insanların soyulmuş dərilərindən hazırlanmış əl çantalarını gəzdirməkdən qürur duyurdular. Mən hələ milyonlarla yəhudiyə qarşı törədilmiş soyqırımı demirəm. Bu dünyada ən iyrənc formada həyata keçirilən kütləvi terror idi. Nasistlər bütün Avropada ağalıq edərək "ölüm imperiyası” yaratmışdılar. Bu arada xatırlatmaq istəyirəm ki, faşistlər döyüşlərdə 300 000 azərbaycanlını qətlə yetiriblər, on minlərlə insanımız da yaralanıb və itkin düşüb. İnanın, bu gün də elə ağbirçəklərimiz var ki, ərlərinin ölümünə inanmırlar. Azərbaycan İkinci Dünya savaşına 650 000-dən çox əsgər göndərdi, keçmiş Sovetlər Birliyinin hərbi texnikasını neftlə təmin etdi. Nə isə. Sonda dünya gördü ki, almanlar lap ağını çıxarırlar. ABŞ və Böyük Britaniya da müharibəyə qoşularaq Almaniyanı darmadağın etdilər. Bununla kifayətlənməyib bu dövləti iki yerə böldülər. Lap əslində Avropada sosialist düşərgəsinin yaranmasının baiskarı da Almaniya oldu. Demək olar ki, 45 il Almaniya Demokratik Respublikası rus "sapoqu”nun altında bir kölə ölkə olaraq əzildi. Lakin özlərində təpər tapıb SSRİ-yə qarşı çıxa bilmədilər, birləşmədilər. Budur Almaniyanın rüsvayçı keçmişi. İndi faşistlərdən törənən bəziləri yeni-yeni iddialara düşüblər. Heç kimə sirr deyil ki, Yaxın Şərqdə terrorçuları dəstəkləyənlərin başında Almaniya durur. PKK, PYD və YPG-ni Almaniya silahlandıraraq Türkiyəyə qarşı qaldırır. Bu dövlətin sanki bir niyyəti var - o da qardaş Türkiyəni parçalamaq və Yaxın Şərqdən pay qopartmaq. Proses indi başlamayıb, çoxdan gedir. Çünki Almaniya bu ölkədə yaşayan milyonlarla türkdən qorxur. Çünki Almaniya Türkiyənin Yaxın Şərqdə söz sahibi olması heç vaxt istəməyib və istəmir. Əvvəllər ki, Türkiyə hakimiyyətinin başında Rəcəb Tayyib Ərdoğan deyildi? Nəyə görə, Almaniya qardaş ölkənin Avropa Birliyinə üzv olmasına bütün vasitələrlə mane olurdu? Deyəsən, bir çox almanın damarındakı dədə-babalarının qanı cuşa gəlib. Bir dövlət ki, 21-ci əsrdə də yəhudilərə qarşı soyqırım törətdiyinə görə təzminat ödəyə və bundan utanmaya, ondan başqa nə gözləmək olar ki? Bəli, bu günki Almaniya müsəlmanların qəniminə çevrilib. Bu dəfə başqa yola əl atıb. Dədə-babaları insanları irqi ayrı-seçkiliyə görə diri-diri yandırırdılarsa, övladları dini ayrı-seçkiliyə görə başqa üsullarla faşizm yolunu davam etdirirlər. Çünki qəlblərində hələ də özlərini ali irq sayırlar. Hakimiyyətə yenidən gəlmək istəyən Almaniyanın federal kansleri Angela Merkelin və ətrafının davranışları bunu göstərir. Almaniya dünyada yenidən siyasi səhnədə birinci olmaq istəyir. Bunu əldə etmək üçün müsəlmanları qaralayıb. Amma dünya Almaniyanı yaxşı tanıyır. Bir vaxt bu dövləti necə yerində oturtdularsa, qorxusundan 45 il cınqırını belə çıxara bilmədi. Bölündü, xırdalandı, alçaldıldı, başına min bir oyun gətirildi. Bütün bunlara isə susdu. Əgər Almaniya Federativ Respublikası olmasaydı və ABŞ-ın qarşısında quyruq bulamasaydı, alman xalqına bəlkə də bu günki dövlətlərini görmək nəsib olmayacaqdı. Yadımızda saxlamalıyıq ki, vəhşiliyi də, qətliamları da, terroru da qorxaqlar törədir. Ola bilsin ki, bu gün dünya bir müddət Avropada demokratik dəyərlərdən dəm vuran Almaniyanın şıltaqlıqlarına göz yumsun. Görünür, bu hələlik kimlərəsə sərf edir. Amma gec-tez bu dövlət yerində oturdulacaq.
Bir tərəfdən də yaxşı ki, Almaniyada Adolf Hitler hakimiyyət başında oldu, dünya bu xalqın iç üzünü gördü. Hamı şahid oldu ki, az qala bütöv bir millət nasizmin köləsinə çevrilib və bundan həzz alır. Pivə barından hakimiyyətə gəlmiş Adolfsa qayda-qanun bilməyən almanları başqa cür qandıra bilmədi. İnsanları öldürə-öldürə, qorxu yolu ilə bu xalqa qanunla yaşamağı öyrətdi. Odur ki, almanların çoxunun qəlbində bir Hitler yaşayır. Əslidə utanmalıdırlar, danışmamalıdırlar, özgə ölkələrin işlərinə qarışmamalıdırlar. Vaxtilə tökdükləri qanlara görə xəcalət çəkməlidirlər. Bu ötəri xəcalət deyil, tarix qarşısında xəcalətdir. İndi Almaniyanın başında duranların hərəkətlərinə baxanda ötən əsrin hadisələrini xatırlayırsan. Dünyada siyasi düzən dəyişsə də, müxtəlif yeni oyunlar qurulsa da Almaniya hər vəchlə çalışır ki, bütün dünya onunla hesablaşsın. Nostalgiyadır... İndi bu dövlətin Türkiyədə və Yaxın Şərqdə törətdiklərini görəndə adamın qulağına "Hayl, Angela Merkel!” sədası gəlir. Alman cəmiyyəti bir dəfə "Hayl” deyib qışqırıb və nəticəsini də görüb.
Deyəsən, onlar yenə də nə isə istəyirlər...
Müqəddəs Mehdiyev "Şimal xəbərləri” qəzetinin baş redaktoru
 
interposta.info təqdim etdi!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26