Interposta.Info

Hollandiyanın quduz maviləri

Müxtəlif
 15-03-2017, 07:30     750

 Hollandiyanın quduz maviləri
 

Türkiyədə referendum yaxınlaşdıqca siyasi ehtiraslar, dəyişmələr, dedi-qodular artır. Təbii prosesdir, ölkə referenduma gedir. Türk millətinin bir qismi bunu dəstəkləyir, bir qismi əleyhinə çıxır, bir qismi isə bitərəfdir. Nə baş verirsə-versin, bu qardaş Türkiyənin daxili işidir. Amma bizim üçün qonşu ölkədə baş verənlər sıradan bir məsələ deyil. Sevincli və kədərli günlərimizdə yanımızda olan Türkiyədə cərəyan edən hadisələrə Azərbaycan insanı həssaslıqla yanaşır. Elə ona görə də, bu yaxınlarda Hollandiyada yaşayan bir qrup türkün referendumla bağlı keçirmək istədiyi aksiyanın zorakılıqla dağıdılması bizdə də birmənalı qarşılanmayıb.

Mən Hollandiyada baş verənlərə siyasi aspektdən yanaşmayacağam. Bunun pərdəarxası çalarları çoxdur, açıqlasam vaxt aparar. Amma maviləşmiş Hollandiyanın türklərə zor tətbiq etməsini heç cür həzm etmək olmur. Azərbaycanda cinsi orientasiyasını dəyişənlərə lağla Hollandiyaya köçməyi məsləhət görürlər. Bu baxımdan Hollandiyanın adı ölkəmizdə də çox məşhurdur. İndi baxıb görürsən ki, sən demə mavilərin və onlara rəhbərlik edənlərin qəzəbi də varmış. Mən televiziyadan türk aksiyaçıların üzərinə özləri kimi quduzlaşmış itlərlə gedən holland mavilərinə diqqətlə baxdım. Belə bir nəticəyə gəldim ki, holland TÜRK KİŞİSİNİ təbii ki, sevməz. Çünki türkün mentalitetində mavilik yasaqdır, belələrinə cəmiyyətdə ən aşağı insan kimi baxırlar. Amma nə olsun, Hollandiya demokratiyası mavilik üzərində qurulub. Hansı dövlətdə yaşayan mavi bu məsələdə ictimai qınağa tuş gəlirsə, üz tutur buraya.

Gör mavi rəhbərlər nə qədər qəzəblidilər ki, Türkiyənin xarici işlər naziri və Avropanı yaxşı tanıyan, əsl türk kişisi Mövlud Çavuşoğlunun olduğu təyyarəni yerə enməyə qoymayıblar. Bunu başa düşdük... Türkiyəli qadın nazirin Rotterdam baş konsulluğuna gedən yolda mavi holland polisləri tərəfindən saxlanılmasına gəlincə isə, bu da başa düşüləndir. Mavilərin qadınlara qısqanc münasibəti hamıya aydındır. Oxucular deyə bilərlər ki, niyə bu mavi məsələsini bu qədər qabardıram. İnanın, bu mənim günahım deyil. Hollandiya dövlətinin irili-xırdalı məmurları sırasında xeyli mavi var. Polisi də, nazirləri də və digər məmurlarının çoxu da bu kökdədir. Belə insanlarda isə əqli çatışmazlığının olması hamıya bəllidir. Bu baxımdan da siyasətlərini öz rənglərinə uyğun qururlar. Digər tərəfdən, Hollandiya Türkiyəyə nə edə bilər? Şərt boş-boş demokratiyadan danışmaqdan ibarət deyil ki? Əslində mavi polislərin quduz itlərin arxasında gizlənib onları türklərin üstünə qısqırtması, hətta dişlətməsi Hollandiya demokratiyasının həqiqi göstəricisidir. Onları qınamıram, xarabalarında kişi yoxdur! Türkü itlə qorxudan holland səhv edir, çünki türkün simvolu Qurddur. Qurdsa ölər, amma köpəyin qarşısından qaçmaz. O ki qalmışdı holland köpəyi ola.

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Hollandlar bu mavilik məsələsində ermənilərlə oxşardırlar. Görünür, türk aksiyaçılarına olan qəzəblərinin bir səbəbi də elə budur.

İndi bu türklər nə etsinlər, dönüb hollandmı olsunlar? Bu qeyri-mümkündür. Necə ki, hollandların dönüb türk olması kimi. Onda əsl kişi olardılar ki... Qıpçaq/"Şimal xəbərləri”

 

interposta.info təqdim etdi!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26