Interposta.Info

Hollandiyada həbs edilən türkün

Dünya
 17-03-2017, 07:34     773

Hollandiyada həbs edilən türkün

Türkiyə ilə diplomatik qalmaqala imza atan Hollandiya nə qədər qəribə görsənsə də, irqçilik, işgəncə və insan haqları pozuntuları mövzusunda da tanınır.

interposta.info Avropa.info istinadən xəbər verir ki, Hollandiya polisinin cinayət faktlarına ən parlaq nümunələrdən biri 2011-ci ildə həbsxanada işgəncə verilərək öldürülən Türkiyə vətəndaşı İhsan Gürzdür.


22 yaşında ölən oğlunun Ərzincandakı məzar daşına “Hollandiyanın irqçi polislərinin işgəncəsi nəticəsində həyatını itirmişdir” yazısı həkk etdirən ata Çingiz Gürz Türkiyənin “Sahah” qəzetinə verdiyi müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk gündən bəri ailənin başlatdığı davanı dəstəklədiyini deyib.

“Oğlumun ölümü ilə bağlı Hollandiyada vəkil tutdum. Onların televiziyalarına verdiyim açıqlamada “arxamda Türkiyə Cümhuriyyəti, Prezident Ərdoğan var” deyincə, hollandların tükləri biz-biz oldu. Etdiyim şikayəti qulaqardına vurmağa çalışdılar. Tutduğum vəkilin diplomlarını ləğv etdilər. Faşizm qəlblərində var.
Hollandiyada həbs edilən türkün


Hollandiya məhkəməsi "hüquqi səhv var, amma günahkar yoxdur" qərarı verdi. Bəs bunu edən kimdir? 6 saat yarımlıq kamera görüntülərini izlədim. Uşağa unitazdan su içirdirlər, içməli su da vermirlər. Oğlum kamerada can verərkən orada polislərin öz həkimi gəlir, onu da buraxmırlar. Bilə-bilə öldürüldüyü görünür. Cəsəd sanki yük maşınının altında qalmış kimiydi. Mənə mətbuata danışma yasağı qoydular. Danışsam, 3 ay həbs cəzası verəcəklər. Lakin susmadım, danışdığım üçün uşağımın qatillərinə 10 min avro təzminat ödəməyə məhkum edildim. Bir neçə dəfə evimə gəldilər. Polislərə qarşı “terror aktı” hazırlığı kimi uydurmalarla təhdid etdilər. Haqqımızı müdafiə etdiyimiz üçün “terrorçu” belə adlandırıldıq. Türkiyədə də iddia qaldırmaq istəmişdim, ancaq Hollandiyada yaşayan FETÖ-çular oradakı yerlərini isti etmək naminə “bu adam polisləri döyüb. 10 nəfər polisə hücum edib” kimi yalanlar uyduraraq Türkiyədəki işin açılmaması üçün əllərindən gələni etdilər. Oğlum İhsandan sonra Hollandiyada 40-a yaxın türk eyni şəkildə həyatını itirdi. Polisə qarşı edilən bütün şikayətlər rədd edilir. Dəlillər məhv edilir və ya göz yumur”, - deyə ata Gürz bildirir.
Hollandiyada həbs edilən türkün


İhsan Gürzün ölümü ilə nəticələnən hadisə necə olub?

İhsan Gürz Bevervijkte bir kafenin sahibi ilə mübahisə edir. Polis Gürzü nəzarətinə alır. Polisə aparılan gənc 12 saatdan sonra oradan ölü çıxır. Gürzün ürəyinin dayandığı açıqlanır və ekspertiza da məhz belə rəy verir. Türkiyədə meyitin üzərində keçirilən ekspertizadan sonra isə onun döyülərək öldürüldüyü və beyni və ürəyinin götürülərək, əvəzinə kağız parçaları qoyulduğu məlum olur. Hadisə ilə bağlı Hollandiyada cinayət işi açılır, amma nəticə olmur.

Gürz ailəsi məsələni Avropa İnsan Haqları Məhkəməsinə qaldırıb. Hollandiya Ədliyyə Nazirliyi, ekspertiza, polis və həkimlər barəsində edilən şikayətə mayın 4-də baxılacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26