Interposta.Info

Bakı artıq hərəkətə keçib:

Müxtəlif
 10-02-2017, 09:44     882

Bakı artıq hərəkətə keçib:
Azərbaycan öz maraqları çərçivəsində addımlar atır və bu, heç kəsi narahat etməməlidir.

interposta.info bildirir ki, bu sözləri Axar.az-a politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq Lapşin məsələsinin Azərbaycan-Rusiya münasibətlərinə təsirindən danışıb:

“Lapşin faktiki olaraq Azərbaycanın və beynəlxalq hüququn normalarını pozub. Azərbaycana yaxın və tərəfdaş bir dövlət kimi Belarusun Lapşini təhvil verməsi tamamilə hüquq normaları çərçivəsindədir. Düşünmürəm ki, bir bloggerə görə Rusiya-Azərbaycan münasibətləri pozulsun. Azərbaycan öz maraqları çərçivəsində addımlar atır və bu, heç kəsi narahat etməməlidir. Əksinə, Lapşin kimilərinin bu cür cinayətkar əməlləri və dövlətlər arası münasibətlərə xələl gətirən hərəkətləri daha çox narahatlıq doğurmalıdır. Aydındır ki, Moskvadan Jirinovski sayağı bəyanatlar səslənəcək. Ancaq bu məsələnin Bakı-Moskva münasibətlərinə ciddi təsiri olmayacaq. Açıq danışaq, onsuz da 20 ildən artıqdır ki, Dağlıq Qarabağ məsələsində heç bir irəliləyiş yoxdur. Azərbaycan artıq özü hərəkətə keçib və torpaqlarını azad etməyə başlayıb. İstər Rusiya, istərsə də Ermənistanda bunu necə qəbul edirlər, bu, artıq onların öz işidir”.

Qeyd edək ki, Qarabağa qeyri-qanuni səfər edən və Azərbaycanın ərazi bütövlüyünə şübhə yaradan təbliğatlarla məşğul olan Aleksandr Lapşin 7 fevralda Belarusdan Azərbaycana ekstradisiya olunub.

Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26