Interposta.Info

Lavrov-Kələntərovun Lapşin sevgisi, bəs Dilqəm? –

Müxtəlif
 17-01-2017, 13:56     671

 Lavrov-Kələntərovun Lapşin sevgisi, bəs Dilqəm? –
Yəhudi cinayətkar bloggerə qahmar çıxan Rusiya nədən öz vətəndaşı Dilqəmin taleyinə 3 ildir biganədir?

“Biz istənilən jurnalist və ya şəxsin dünyanın istənilən yerində hansısa yeri ziyarət etməsini kriminallaşdırmağın və cinayət məsuliyyətinə cəlb etməyin əleyhinəyik”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında blogger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.

Lavrov həmin şəxsin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu da bildirib. “Biz bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək. Biz israillilərlə birlikdə sıx əlaqədə işləyirik” – Rusiya XİN başçısı əlavə edib.

Diqqət edin, Lavrov “Biz istənilən jurnalist və ya şəxsin dünyanın istənilən yerində hansısa yeri ziyarət etməsini kriminallaşdırmağın və cinayət məsuliyyətinə cəlb etməyin əleyhinəyik”, sözləri ilə faktiki şəkildə Dağlıq Qarabağa qanunsuz ziyarətləri nəinki təqdir, həm də təşviq edir. Bu – bir.

 Lavrov-Kələntərovun Lapşin sevgisi, bəs Dilqəm? –

İkincisi, Lapşin Azərbaycanın sorğusu əsasında Minskdə tam qanuni, beynəlxalq hüquqa sayğı əsasında saxlanılıb. Bundan əlavə, o, Lavrovun iddia etdiyi kimi, jurnalist-filan da deyil. Onun adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil edilib. Səbəb də bloggerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. 2015-ci ildə isə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun “Oleksandr” yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib – yəni üstəlik, siyasi dələduzluq məsələsi.

Azərbaycan tərəfi də “Dövlət sərhədinin pozulması haqqında” Qanunu pozduğu üçün bloggeri beynəlxalq axtarışa verib. Bundan savayı, Lapşin Qarabağa səfər eləmiş digər analoji qanun pozucularından fərqli olaraq, separatçı rejimin “müstəqilliyinin” tanınması üçün çalışan, onu təbliğ edən şəxsdir. Bakının onun həbsinə nail olmasının baş səbəbi də budur. Azərbaycana ekstradisiya edilərsə, onu 5 ildən 7 ilə kimi layiqli həbs cəzası gözləyir.

Şübhə yox ki, Bakı bununla ən əvvəl separatçı bölgəyə qanunsuz səfər etmək istəyində olanların hamısına görk vermək istəyir. Hətta Lapşin yazılı şəkildə Azərbaycan xalqından üzr istəyib, ərazi bütövlüyümüzü tanıdığını bəyan edəndən sonra azad olunsa belə, insidentin siyasi effekti azalmayacaq - bu, Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək.
Ancaq məsələnin konkret olaraq Rusiyadan dolayı bir mənəvi tərəfi də var. Diqqət edin, atası erməni Lavrov (əsl soyadı Kələntərovdur) üçlü (!) vətəndaşlığa malik yəhudi cinayətkar bloggeri jurnalist kimi təqdim edib, ona qahmar çıxır, hərəkətinə haqq qazandırır, can-başla onu müdafiə edir. Fəqət, 3 ildir Xankəndi həbsxanasında qanunsuz şəkildə saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyinə biganədir.
 Lavrov-Kələntərovun Lapşin sevgisi, bəs Dilqəm? –


Halbuki Lapşindən fərqli olaraq Dilqəm qanunsuz heç bir hərəkət etməyib. Əksinə, o, Şahbaz Quliyevlə birgə (Şahbazın isə həyat yoldaşı Albina Veselyova Rusiya vətəndaşıdır) yalnız işğal altındakı ata-baba torpaqlarını ziyarət eləmək üçün Kəlbəcərə getdikləri üçün işğalçı rejim tərəfindən saxlanılıblar.

Bu da sizə indi Qarabağ məsələsində Rusiyanın daha bir ikili standartı. Belə bir qərəzli, erməni maraqlarına daha həssas olan bir dövlətdən, ələlxüsus da onun erməni kökənli xarici işlər nazirindən Qarabağ məsələsində ədalət gözləməyə dəyərmi?

Necə deyərlər, görünən kəndə nə bələdçi?

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26