Interposta.Info

Azərbaycanda qəribə olay:

Müxtəlif
 23-01-2017, 12:48     1 740

Azərbaycanda qəribə olay:
Bakı şəhər sakini, 40 yaşlı Rəşad Məmmədovun başına maraqlı olay gəlib.

Ölkə mətbuatına danışan paytaxt sakini bildirib ki, 10 ildir ailə qursa da, övladları olmurmuş:

“Artıq reallıqla barışmışdıq. Həm mən, həm də həyat yoldaşım elə hesab edirdik ki, bundan sonra daha bizim uşağımız olmayacaq. Açığı depressiyadaydıq, psixoloq dəstəyindən istifadə edirdik. Buna səbəb də var idi. Biz nikahımızı uğursuz sayırdıq. Türkiyədə, Rusiyada, İranda, Azərbaycanda gəzmədiyimiz xəstəxana, tibb mərkəzi qalmamışdı”.

Müsahibimiz deyir ki, ötən il təsadüfən Fransada təhsil almış uroloq-androloq, Dr. Araz Bayramovun qəbulunda olublar:

“Əslində bilirdim ki, məndə varikosel xəstəliyi (xaya damarlarının genişlənməsi) var. Bu xəstəliyi uzun müddət müalicə də etdirmişdik. Heç bir faydası olmurdu. Dr. Araz Bayramov mənə varikosel əməliyyatı keçirməyi təklif etdi. Səmimi desəm tərəddüd edirdim. Amma buna baxmayaraq razılaşdım. Dr. Araz Bayramov cəmi 20 dəqiqəyə heç bir kəsik, ağrı, narkoz olmadan məni mikroskopik üsulla əməliyyat etdi. Əməliyyat zamanı oyaq olsam da, əməliyyatı ümumiyyətlə hiss etmədim. Elə həmin gün evə buraxıldım və bir neçə günə əmək qabiliyyətimi bərpa etdim”.

Rəşad Məmmədov deyir ki, hər şey bundan sonra baş verib:

“Mikroskopik üsulla əməliyyatdan sonra Dr. Araz Bayramov məni konservativ müalicə prosesinə cəlb etdi. Əməliyyatdan üç ay sonra təkrar müayinədən keçdim. Çox üzr istəyirəm, sperma faizlərində çox ciddi artım var idi. Nəhayət bu ay həyatımın ən böyük arzusuna çatdım – ATA oldum. Sevincimizin hədddi-hüdudu yoxdur. Fürsətdən istifadə edib, Dr. Araz Bayramova sonsuz təşəkkürlərimi bildirirəm. Dr. Araz Bayramovun şərəfinə uşağa Araz adını qoymuşuq”.

Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Həmin xəstəxanada tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarını icra edib. Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib. “Real Hospital”ın baş həkimi və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür./anv.az
interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26