Interposta.Info

Bir zamanlar bayraq qaldırırdılar, indi isə... -

Müxtəlif
 18-01-2017, 14:42     667

Bir zamanlar bayraq qaldırırdılar, indi isə... -

Beynəlxalq arenada Azərbaycan bayrağını dalğalandıran, ölkəmizin idman şərəfini qorumuş və hal-hazırda yüksək vəzifə tutan yaşayan idmançılarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki;

Məşhur şahmatçı Aynur Sofiyeva Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Olimpiya çempionu Fərid Mansurov Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiri vəzifəsini daşıyır. Tanınmış idmançı bir neçə aydır ki, bu vəzifəyə təyinat alıb.

Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev Daxili İşlər Nazirliyinin DQBİ-nin İdman komandasının rəisidir, polkovnik-leytenantdır.

Dzüdo üzrə Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli Cüdo Federasiyasının vitse-prezidentidir, eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətində (DTX) məsul vəzifədədir.

Sambo üzrə 5 qat dünya çempionu Zülfiyyə Hüseynova Bakı Baş Gömrük İdarəsinin Qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində işləyir, mayor rütbəsi var.

2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalçısı İradə Aşumova DİN DQBİ-nin hərbi qulluqçusudur, mayor rütbəsi daşıyır.

2008-ci ildə keçirilən olimpiadanın bürünc medalçısı, cüdoçu Mövlud Mirəliyev Şəmkir RPŞ-nin əməkdaşı, polis mayorudur.

Sambo üzrə dəfələrlə dünya çempionu Ceyhun Məmmədov polis əməkdaşıdır, mayor rütbəsi daşıyır.

Daha bir məşhur taekvandoçumuz Niyaməddin Paşayev Sumqayıt gömrükxanasının əməkdaşıdır, gömrük xidməti kapitanıdır.

Kikboksinq üzrə dəfələrlə dünya çempionu Araz Musayev Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. Kapitan rütbəsi daşıyır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26