Interposta.Info

Türkiyə terrordan

Müxtəlif
 7-01-2017, 09:09     660

Türkiyə terrordan

Mən Türkiyənin qərbyönlü siyasətinin zəiflədilməsinin qəti əleyhinəyəm.

interposta.info xəbər verir ki, bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Türkiyədə çox mürəkkəb hadisələrin baş verdiyini deyən politoloq qeyd edib ki, MİT və hüquq mühafizə orqanları, demək olar ki, ölkədə baş verən terrorları vaxtından əvvəl müəyyənləşdirə və terrorçuları zərərsizləşdirə bilmir:


“Necə olur ki, Mərkəzi Kəşfiyyat İdarəsi 10 gün əvvəl Yeni il ərəfəsindəki terror barədə xəbərdarlıq edir, ancaq Türkiyə kəşfiyyatı bunu bilmir. Qənaətimə görə, Türkiyədəki boşluğun doldurulması üçün ordu gücləndirilməlidir. Bunun üçün ilk növbədə ölkənin hüquq mühafizə orqanları və ordudakı zəif nöqtələri yaradan səbəblər aradan qaldırılmalıdır”.

Politoloq hesab edir ki, NATO-nun ABŞ-dan sonra ən güclü ordu və kəşfiyyatına malik Türkiyə indi bu keyfiyyətdən məhrum olunmuş kimi görünür:

“Ankara əvvəlki dövlət atributlarının şöhrətini qaytarmalı və hakimiyyət güclənərək Türkiyəyə qarşı sui-qəsd edənlərin üzərinə güclü dəlillərlə getməlidir”.

İncirlik hərbi bazasının bağlanması məsələsinə gəlincə, Q.Hüseynli bunu doğru addım hesab etmir:

“Ankara bundan sonra nələrin baş verəcəyini təsəvvür etməlidir. İncirlik hərbi bazası NATO, Qərblə sıx iqtisadi, hərbi, siyasi əlaqələrin mövcudluğu, ən əsası Yaxın Şərqdə Türkiyənin bir sıra düşmənlərinə qarşı ciddi təhdid obyekti deməkdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26