Interposta.Info

Türkiyə mühüm addımlar atdı,

Siyasət
 12-01-2018, 11:42     10 535

Türkiyə ilə ABŞ arasında münasibətlərin sona qədər bu tempdə davam edəcəyini düşünmürəm.

"XeberBiz" xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə artıq Qərb dövlətləri ilə münasibətlərini qaydaya salmaq üçün müəyyən addımlar atır:

“Artıq Fransa ilə Türkiyə arasında bir sıra mühüm sazişlər imzalanıb, eləcə də Türkiyə İtaliya və digər NATO üzvü olan ölkələrlə münasibətlərin qaydaya salınmasında müəyyən uğurlara nail olub. Ən əsası isə Almaniya ilə Türkiyə arasındakı münasibətlər əvvəlki dövrlərdə olduğu kimi öz axarına düşür”.

Politoloq qeyd edib ki, Pakistanın da ABŞ-la əlaqələri hər zaman yüksək səviyyədə olub:

“Güman etmirəm ki, bu münasibətlər korlanaraq ciddi qarşıdurma səviyyəsinə gəlsin. Sadəcə olaraq Talibanla bağlı məsələlərdə ABŞ-la Pakistan arasında müəyyən narazılıqlar yaranıb. Bu da ABŞ Prezidenti Donald Trampın müəyyən şıltaqlıqları ilə bağlıdır. Pakistanın ABŞ-la münasibətlərini bu səviyyədə davam etdirməsi inandırıcı görünmür. Ən azından bu münasibətləri qaydaya salmaq üçün Pakistanın xüsusi cəhdlər edəcəyi şübhəsizdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26