Interposta.Info

Azərbaycan Mədəniyyət Ocağının sədri vəfat etdi (FOTO)

Mədəniyyət
 24-12-2021, 12:01     490

Danimarkanın Arhus şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının sədri Kərim Urmulu uzunsürən xəstəlikdən dünyasını dəyişib.

"İnterPosta" xəbər verir ki, bu barədə diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.

O, Kərim Urmulunun 1986-ci ildən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağına rəhbərlik etdiyini bildirib. Danimarkada Azərbaycan diasporunun təşkilatlanmasında, soydaşlarımızın birliyinin yaranmasında, Ermənistanın təcavüzkar siyasətinin çatdırımasında əvəzsiz xidmətlər göstərib.

Qeyd edək ki, Kərim Urmulu əslən Güney Azərbaycandandır. 2006-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26