Interposta.Info

Kərim Tahirov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
 

Ölkə
 17-11-2021, 18:03     291

Kərim Məhəmməd oğlu Tahirov 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

"İnterPosta" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.

Qeyd edək ki, Kərim Tahirov 2005-ci ildən Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır. Noyabrın 12-də onun 70 yaşı tamam olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26