Interposta.Info

Əməkdar artistin ölüm səbəbi açıqlandı (YENİLƏNİB/FOTO)
 

Mədəniyyət
 16-11-2021, 13:44     176

Əməkdar artist Məcnun Hacıbəyovun ölüm səbəbi açıqlanıb.

Aktyor koronovirusdan dünyasını dəyişib.

O, uzun müddət Quba Mərkəzi Rayon Xəstəxanasında koronavirusdan müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

11.44

Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

Aktyor 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında rayonun İkinci Nügədi kəndində doğulub. Aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib./apa,qaynarinfo

Allah rəhmət eləsin!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26