Interposta.Info

Nazirlik internetdə məşhurlaşan çobana vəzifə verdi -

Mədəniyyət
 21-04-2017, 20:11     3 506

Bir müddət əvvəl məlahətli səsi və peşəkar ifası ilə sosial şəbəkələrdə məşhurlaşan, çoban olduğu bildirilən gənc Pərvin Səfərovla bağlı məlumat yayılmışdı.

Video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi istedalı gənc P.Səfərovla maraqlanıb.

Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və Mətbuatla İş sektorunun müdiri İntiqam Hümbətov Unikal.org-a deyib ki, Pərvin Səfərov yaşadığı kəndin mədəniyyət evində işə götürülüb:

"Mətbuatda onun ifasının əks olunduğu video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin göstərişi ilə bizim əməkdaşlar Pərvin Səfərovla əlaqə saxladı.
Nazirliyin Biləsuvar Regional Mədəniyyət Turizm İdarəsinin rəhbərliyi Pərvingilin evində ailəsi ilə görüş keçirib. Bu gün Pərvin Səfərov Salyan rayonunda keçirilən bir tədbirə dəvət olunub və orada çıxış edib.

Nazirlik rəhbərliyinin göstərişinə əsasən O, Qaçaqkənd kəndində yerləşən Mədəniyət evinə işə götürülüb. Əməkdaşlarımız onun yaradıcılığını diqqətdə saxlayacaq və lazımi köməklik göstərəcəklər”.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26