Interposta.Info

Nazirlikdən Türkiyəni heyran qoyan çobanla bağlı -

Müxtəlif
 9-10-2017, 19:50     10 551


Mədəniyyət və Turizm Nazirliyi Pərvin Səfərovun təhsilinə yardım edəcəyi barədə söz verməyib.

Bunu Report-a açıqlamasında nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.

O qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin sturukturunda təhsil ilə məşğul olacaq bir müəssəsə yoxdur: "Onun ilk videosunun yayıldığı vaxtlarda dərhal nazirliyin regional idarəsinə göstəriş verilib və əməkdaşlarımız Pərvin Səfərovun evinə baş çəkiblər. Görüş zamanı onun ali təhsilinin olmadığını nəzərə alaraq, yaşadığı rayonun mədəniyyət evində iş təklifi olunub. Təhsil məsələsinə gəldikdə isə Pərvin Səfərova təhsil verilməsi ilə bağlı nazirlikdən kimin söz verməsi bizə məlum deyil".

Qeyd edək ki, Neftçala rayonundan ola çoban-müğənni Pərvin Səfərov "O səs Türkiyə" yarışmasındakı çıxışı ilə yenidən gündəmə gəlib. P.Səfərov mətbuata müsahibəsində bildirib ki, Mədəniyyət və Turizm Nazirliyindən onun təhsilinə dəstək olacaqları barədə söz verilsə də buna əməl olunmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26