Interposta.Info

İfası ilə bir günə məşhurlaşan Pərvin -

Müxtəlif
 16-04-2017, 07:25     601

Kənddə qoyun otaran gənc oğlanın ifası bir gün ərzində sosial şəbəkələrdə ən çox paylaşılan video oldu. O qədər şirin oxuyur ki, dinləyən hər kəs heyrətə gəlir.

interposta.info
Xəzər Xəbər-ə istinadən verdiyi məlumata görə, ən çox qeyd edilən isə budur ki, gənc kəndli oğlan indiki müğənnilərdən daha istedadlı və peşəkar ifa edir.

Bir günə çoxlarının tanıdğı həmin gənc Pərvin Səfərovdir. 27 yaşı var. Heç bir müsiqi təhsili yoxdur, amma bəstəkar mahnılarını peşəkarcasına ifa edir. Deyir ki, mahnıları belə peşəkar ifa etməsini sadəcə eşitməklə öyrənib.

Neftçala rayonu Qaçaqkənd sakini Pərvin Səfərov 9-cu sinifdən musiqiyə maraq göstərsə də, təsərrüfatla məşğul olduğu üçün bu sahədə təhsil ala bilməyib. Amma o, heç də bu sahəyə olan marağından əl çəkməyib. Dinlədiyi bir çox Azərbaycan klassiklərinin ifalarını olduğu kimi öyrənib.

Qoyun otararkən öyrəndiyi müsiqiləri isə mobil telefonla çəkərək sosial şəbəkədə paylaşan Pərvin deyir ki, musiqi savadı olmadığı üçün muğam oxuya bilmir. Amma ona gələcəkdə bu sahadə yardım edən olarsa, öz səsi ilə tamaşaçıların qəlblərin fəth edəcəyinə inanır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26