Interposta.Info

Öldürülən müğənninin bacısı Əli Mirəliyevi məhkəməyə verəcək - VİDEO

Maqazin
 18-10-2023, 11:58     20 106

Oktyabrın 16-da qısqanclıq zəminində müğənni Yaqut Həşimova həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib.

Mərhumun duet ortağı, müğənni Əli Mirəliyev televiziyada yayımlanan verilişlərin birində mərhum müğənni haqqında “Sağ olarkən içkili halda mənə zəng vurmuşdu. O, artıq yolunu azmışdı” ifadəsini işlədib.

Oxu.Az xəbər verir ki, Əli Mirəliyev ötən gün həmin verilişə gələrək işlətdiyi sözlərə görə mərhumun ailəsindən üzr istəyib.

Mərhumun bacısı Şəlalə efirə bağlanaraq, Əli Mirəliyevin işlətdiyi ifadəyə görə onu məhkəməyə verəcəyini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26