Interposta.Info

Əli Mirəliyev: Adam müğənni qadınlardan iyrənir, ağızlarından pis iy gəlir

Maqazin
 20-11-2017, 11:35     8 348

Bu gün müğənni Əli Mirəliyevin 68 yaşı tamam olur.

interposta.info xəbər verir ki, ifaçı doğum günündə Ölkə.Az-a qalmaqallı açıqlama verib.

- Deyilənə görə, dəliqanlı cavanlığınız olub. Hətta sənətçi xanımlarla sevgi macəralarınızın olduğunu deyirlər.

- Müğənni qadınlarla heç bir macəram olmayıb. Onlardan zəhləm gedir. Qıraqda qadınlarım olub. Müğənniləri görmüşəm də, nə gündədirlər. Səhər tezdən baxırsan ki, üzləri şişib, "piyaniskə"yə oxşayırlar. Sizin yanınızda özlərin gözəl göstərməklərinə baxmayın. Həyatda onlar itə oxşayırlar. Ağızlarından iy gəlir, adam iyrənir. Qıraq-bucaqda sevgilim olub, amma müğənni yox.

- Bəs bu mənada problem yaşamısınız?

- Niyə problem yaratmalıdır? Problemi onlar özləri özləri üçün yaradıblar. Gəlirəm, toy oxuyuram. Nömrə göndərirdilər, elə bilirdim ki, toya çağırırlar. Açıb oxuyurdum ki, filan vaxt filan yerdə səni gözləyirəm. Hər şeyi danışmaq olmur axı. Bir onu bilirəm ki, həmişə dostum qadınlar olub. Kişi dostlarım azdır. Çünki qadın kişidən etibarlıdır. Müğənni qadın yox ha, o biri qadınlar. Müğənni qadınların ayağı sürüşkəndir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26