Interposta.Info

Türkiyəli müğənni:

Maqazin
 3-02-2017, 18:34     742

 Türkiyəli müğənni:

“30 ildə niyə Azərbaycanda konsert verməmişəm?!”

“Türkiyədə pop mənimlə yarandı”

ARB TV-nin "Türk şou-maqazin" verilişinin növbəti qonağı türkiyəli müğənni Aşkın Nur Yengi maraqlı açıqlamalar verib:

Maraqlı açıqlamalar verən müğənni, ilk olaraq sənətindən söz açıb:

"İşlər yaxşıdır. Yeni albom buraxdıq. Onun qaçaqaçı və PR-ı yordu bir az. Şükür edirəm və sevinirəm ki, əziyyətimiz yerdə qalmır. Türk pop musiqisi bu gün hər kəsin evində var. Bu işi sevərək edirik. 90-cı illərdə pop musiqisinin əsasını Türkiyədə mən qoydum. Məndən 15 il öncəyə qədər durğunluq idi. İlk dəfə mən çıxdığım üçün böyük məsuliyyət götürdüm. Amma öhdəsindən gəldim".

Daha sonra müğənni Azərbaycanda da çox sevildiyini öyrəndikdən sonra təəccübləndi:

"Bu qədər çox sevildiyimi bilmirdim. Amma fanatlarım olduğunu bilirdim. Çünki 30 ildir ki, bu işlə məşğulam. Türkiyəyə də sizdən qonaqlarımız gəlir. Konsertlərimə azərbaycanlılar çox gəlir. Amma Azərbaycanda heç konsert vermədim. Mənə də maraqlıdır ki, 30 ildə niyə orada konsert verməmişəm?!"

Müğənni həyat yoldaşından xəyanət üstündə ayrılması sualından məharətlə yayınmağa çalışsa da bunları deyib:

"O yazılanlar yalan-dolan idi. Elə bir müsahibə vermədim. Jurnalistlərin uydurmasıdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26