Interposta.Info

Türkiyəli müğənni:

Maqazin
 15-04-2017, 07:26     481

ARB TV-nin "Türk şou-maqazin" verilişinin növbəti qonağı məşhur türkiyəli müğənni Atiye olub.

O, ilk olaraq sənətindən bəsh edərək yeniliklərindən söz açıb:

"Yeni albom üzərində çalışıram. Hələ hər şey təzədir. Mahnıları seçməmişəm. Adı da bəlli deyil. Mən özüm kimi olmağa çalışıram. Kliplərimdə də beləyəm. Yeni konseptlər düşünürəm. Mahnılarımı atamla birlikdə yazıram. Çox vaxt isə özüm bəstələyirəm. Atam illərdir şeir yazır, onlardan da seçirəm. "Eurovision"da işitirak etmək istəyirəm, amma qismət olmur. Onsuz da illərdir iştirak etmirik. Amma qatılsaq, istəyərəm. Xaricdə onsuz da Türkiyəni təmsil edirəm".

Daha sonra sənətçi Azərbaycan haqda da danışıb:

"Azərbaycan haqda hal-hazırda planlarım yoxdur. Amma çox istəyərəm ki, orada konsert verim. Azərbaycan dilində mahnılar bilmirəm. Amma öyrənmək istəyərəm".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26