Interposta.Info

“Hesabla,

Maqazin
 12-04-2017, 20:22     623

İstəyərəm ki, ancaq yaradıcılığımdan yazsınlar.

Kult.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva şəxsi həyatı haqda “Şou taym” verilişində danışarkən deyib. O, sənəti ilə gündəmə gəlmək istədiyini bildirib:

“Şəxsi həyatımda gizli saxlayacağım heç nə yoxdur. Bəzən jurnalistlər mənə zəng edirlər, şəxsi həyatımdan soruşurlar, mən də deyirəm ki, bu barədə danışmaq istəmirəm. Amma mənlə danışandan sonra özlərindən məqalə yazırlar. Onların hesabı ilə mən 8 dəfə boşanıb, 12 dəfə nişan qaytarmışam. Şəxsi həyatımdan danışmağı sevmirəm. İstəyərəm ki, ancaq yaradıcılığımdan yazsınlar. Özəl həyat belədir ki, öləndən sonra da yazmaq olar. Bu dəqiqə sənətimin elə bir nöqtəsindəyəm ki, yaradıram. Bu fikirlərim böyük çıxmasın, yəni yaradıcılığımla məşğulam. Bəzi jurnalistlər mənim şəxsi həyatımdan daha çox yazırlar. Amma aralarında yaxşıları da var. Məsələn, mənlə müsahibəyə gəlmədən öncə sənətim barədə qabaqcadan məlumatlanır, daha sonra sual verir. Mən 1998-ci ildən bəri teatr sahəsində çalışıram. Jurnalistlər içində hətta nə vaxt sənətə gəldiyimi də qabaqcadan oxuyanları var”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26