Interposta.Info

“Məni 10 dəfə boşayıblar” –

Maqazin
 20-05-2017, 17:50     714

“Çox təəssüf olsun ki, son zamanlarda qeyri-peşəkar jurnalistlər öz piarları xatirinə və yaxud öz “saytlar” var ki, onlar öz oxucularının sayını artırmaq naminəmi tanınmış insanların haqqında yalan, yalnış, xoşagəlməz məlumatlar yazırlar. Doğru olmayan bir şeydir”.

Bu sözləri ARB TV-nin “Gəlin danışaq” proqramına telefon bağlantısı ilə qoşulan müğənni Günel Ələkbərova deyib.

Onun sözlərinə görə bu insanlar jurnalist adına ləkədirlər:


“Biz nə qədər eşidirik ki, yalnış xəbərlərə görə, nə qədər evlərdə, ailələrdə problemlər yaranıb. Mən də belə problemlərlə heç də az üzləşməmişəm. Ona görə də çox istərdim ki, bir az vicdanlı olsunlar və yalnış xəbər yazmasınlar. Çünki oxucular da bəzən başlığı maraqlı başlıq görəndə girib oxuyurlar. Hətda o yazanın, jurnalist belə demək istəmirəm, amma o “jurnalistin” ağlında olan, mənəvi cəhətdən kasad olan insanlar, elə ona qoşulub şərhlər yazırlar. Amma bu düzgün deyil. Elementar bir şey də deyim ki, mən şəxsən “İnstagram” səhifəmdə bəzən hansısa şəkil paylaşıram, ondan özlərinə xəbər edirlər. Bəzən gülürəm, bəzən əsəbləşirəm. Ən çox əsəbləşdiyim yalan xəbər odur ki, artıq sağ olsun o qeyri peşəkar jurnalistlər məni 10 dəfə boşuyublar. Mən onları vicdanlı olmağa çağırıram. Ya da əllərindən qələmi qoyub gedib dincəlsinlər. Çünki belə olmaz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26