Interposta.Info

Türkiyəli müğənni Güneldən danışdı:

Maqazin
 8-03-2017, 18:30     581

Türkiyəli müğənni Güneldən danışdı:

ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli müğənni Özgün maraqlı açıqlamalar verib.

O, ilk olaraq yeni mahnısından söz açıb:

"Yeni mahnımın adı "Gelmiyormusun"dur. Sevgiyə aid lirik mahnıdır. Mahnıya uyğun klip çəkirik. Səhər saat 7-də başladıq, yəqin gecə saatlara kimi davam edəcəyik. Mahnını Burayla Gözdə yazıb".

İfaçı daha sonra Azərbaycanda sevilməsindən və Günel Sərdarqızı ilə iş birliyindən danışıb:

"Azərbaycanda çox sevilirəm. Uzun müddət əvvəl ora gəlmişdim. Bundan əvvəlki mahnım - "Səndən ibarət" adlı mahnım azərbaycanlı bəstəkar Günel Sərdarqızı ilə birgə olmuşdu. Çox sevdiyim bir bəstəkardır. Onun da təsiri ilə Azərbaycanda bir az daha artıq sevilib, tanınmışam. Mədəniyyətlərimiz çox yaxındır. Yayda gəlmək istəyirəm. Bakı gözəl şəhərdir".

Özgün sonda övladının daun sindromlu olması məsələsinə də toxunub:

"Çox şükür ki, Edizin sağlığı yerindədir. Kefi də yaxşıdır. Ana və atalıq çətindir. Vaxtımızın əsas hissəsini ona ayırırıq. Anamgil Edizlə maraqlanır. Bizim işimiz olanda o baxır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26