Interposta.Info

Arvadı ilə 20 il “bacı-qardaş” olan Əli Mirəliyev: “Əşi, sizə nə dəxli var?”

Maqazin
 17-01-2018, 19:28     10 590

“Nə gizlədim, iyirmi ildir ki, arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm. Amma heç vaxt boşanmaq barədə düşünməmişəm”.
Müğənni Əli Mirəliyevin yenicag.az saytına verdiyi bu açıqlama ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xüsusən də sosial şəbəkələrdə müğənnini bu fikirlərinə görə tənqid atəşinə tutanlar da tapılıb.


"XeberBiz" xəbər verir ki, məsələ ilə bağlı müğənni Əli Mirəliyev musavat.com-a danışıb. Müğənni dediklərinin bir zarafat olduğunu bildirib:
“O fikirləri zarafatla demişəm. Mənim özümün uşaqlarım, nəvələrim var, siz nə danışırsız? Sadəcə efirdə “mırt” tutmaq üçün dedim”.

Müğənni onu tənqid atəşinə tutanlara da reaksiya bildirib:
“Başqalarının fikirləri mənim üçün deyil. Əsas həyat yoldaşımın fikri mənim üçün əsasdır. Sizcə 20 il bacı-qardaş qalmaq olar? Bu, 20 gün, 20 ay olar, amma 20 il olmaz axı... Biz həmişə küsən kimi barışmışıq. Zarafatca demişəm, camaat məndən əl əksin. Sadəcə, Elgiz dedi ki, “Mərdəkanda tək qalırsan, yoldaşın yanında deyil, ayrılmısız?” Dedim ki, “yox”... Daha yorulmuşam, camaatın əlindən... Axırda dedim ki, “hə, belədir”.

Mənim bütün dərd-sərimi həyat yoldaşım həll edir. O da deyir ki, “məni tamam biabır etmisən”. Mən də dedim ki, “kül ağlına, zarafat edirəm”. Axı, nə qədər deyim ki, yoldaşım şəhərdə işləyir. Tez-tez soruşurlar ki, “niyə səninlə qalmır?” Əşi sizin nəyinizə lazımdır? Elgiz də mənə o sualı vermişdi. Dedim ki, “arxayın ol, mən yoldaşımlayam”. Yoldaşım hər həftə gəlir, xörəyimi bişirib gedir, ya da özüm şəhərə, yanına gedirəm. Sadəcə, Mərdəkanın havası mənə düşür. Ona görə də, iki yol arasında qala bilmirəm”.

Xatırladaq ki, bundan əvvəl də müğənni Əli Mirəliyev həyat yoldaşı ilə “bacı-qardaş” olduğunu, aralarında soyuqluq yarandığı haqda fikirlər səsləndirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26