Interposta.Info

İrəvanda Azərbaycan bayrağına hücum anının yeni görüntüləri yayıldı - YENİLƏNİB + FOTO/VİDEO

Maqazin
 15-04-2023, 10:05     1 190

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına hücumun yeni kadrları yayılıb.

Başqa rakursdan çəkilən görüntülərdə təxribatçının zərərsizləşdirilmə anı da aydın şəkildə əks olunub.

Həmin görüntüləri təqdim edirik:

23:26

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçının turnirin təşkilatçılarından biri Aram Nikolyan olduğu üzə çıxıb.

Bu barədə Ermənistan KİV yazıb.

Qeyd edək ki, yandırılan bayraq yenisi ilə əvəz edilib və şanlı bayrağımız səhnədə öz yerini alıb.


22:54

Ermənistanın paytaxtı İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribata yol verilib.

Açılış mərasimində Azərbaycan komandası anons edilərkən yerli azarkeşlər tərəfindən fitə basılıb.

Bununla sakitləşməyən şovinist ermənilər Azərbaycan bayrağına hücum ediblər. Bayrağımızı daşıyan şəxsin əlindən alan ermənilərdən biri mühafizənin müdaxiləsinə baxmayaraq qaça bilib. Daha sonra Azərbaycan bayrağının yandırıldığı bildirilir.

Qeyd edək ki, turnirin təşkilatçısı olan Ermənistan təhlükəsizliklə bağlı zəmanət verdiyini açıqlamışdı. Lakin baş verən hadisə erməni riyakarlığı və şovinizminin heç bir zəmanətdən çəkinmədiyini göstərir./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26