Interposta.Info

İranda Azərbaycan bayrağına hörmətsizlik -

Ölkə
 17-02-2017, 07:25     689

İranda Azərbaycan bayrağına hörmətsizlik -

İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya kubokunda təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik ediblər.
interposta.info xəbər verir ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandası təqdim olunanda təşkilatçılar arenaya qəribə bayraq çıxarıblar - səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib, bayraqda iki ağ xətt olub.
İranda Azərbaycan bayrağına hörmətsizlik -

Azərbaycan Güləş Federasiyasının nümayəndələri təşkilatçılara öz narazılıqlarını bildiriblər. Yığmanın baş məşqçisi Firdovsi Umudov oteldən əsl Azərbaycan bayrağını gətirib.
İranda Azərbaycan bayrağına hörmətsizlik -

Qeyd edək ki, bir neçə dəfə Azərbaycanın dövlət rəsmilərinin İrana səfəri zamanı Azərbaycan dövlət bayrağı ilə bağlı analoji hal yaşanıb. (missiya.az)

İranda Azərbaycan bayrağına hörmətsizlik -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26