Interposta.Info

Məşhur klinikadan Azərbaycan bayrağına hörmətsizlik (FOTO/VİDEO)

Paradoks
 5-07-2019, 14:12     10 629

Bakıda Həsən Əliyev küçəsində yerləşən Ege Hospitalın qarşıından asılan Azərbaycan bayrağı cırılıb.

Şəhər sakinlərindən birinin EkoNews-a verdiyi məlumata görə, hospitalın qarşısından keçərkən təsadüfən bayrağın cırıldığını görüb. Redaksiyamıza daxil olan görüntülərdə bayrağın aşağı hissəsində yaşıl rəngin künc hissədən cırıldığı görünür.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun Dövlət Bayrağının istifadəsinə dair tələblərinin 9-cu maddəsinin 9.3 bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı bütöv olmalı və solğun görünməməlidir.

Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

İnterPosta.info həmin foto və videonu təqdim edir:


Məşhur klinikadan Azərbaycan bayrağına hörmətsizlik (FOTO/VİDEO)
Məşhur klinikadan Azərbaycan bayrağına hörmətsizlik (FOTO/VİDEO)
Məşhur klinikadan Azərbaycan bayrağına hörmətsizlik (FOTO/VİDEO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26