Interposta.Info

Əlikram: “Deyə-deyə məni də Baloğlanın arxasınca göndərəcəklər...” (VİDEO)

Maqazin
 14-10-2021, 15:23     576

"Gəlin baxın, görün o 400 minlik evə oxşayır? 400 min manata başa gələn evin bəzəyinə yol getmək olar”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əlikram Bayramov ata yurdunda 400 min manata tikdirdiyi deyilən evinə aydınlıq gətirərkən deyib. Müğənni gözdən-nəzərdən qorxduğunu deyib:

"Yəqin Zaur hesablayıb, gedib baxıb evə, nə deyim? Yalandan yazırlar. Gəlin baxın, görün o, 400 minlik evə oxşayır? Biri deyir, Əlikramın 500 min manatlıq evi var. Deyirlər də, deyə-deyə məni də gözə gətirib, Baloğlanın arxasınca göndərəcəklər. Mən gözdən-nəzərdən qorxuram. Adamı deyə-deyə öldürürlər”.

Əlikram Bayramov üzüm sahələrinin olduğunu deyib:

"Mən tək oxumaqla pul qazanmıram. Təsərrüfatla məşğulam, üzüm sahəm, inəklərim var, buynuzu nə boyda. Biz iş görürük, çörək qazanırıq. Başqa yolla pul qazananlar açıq görünür”.

Sənətçi toyların azlığından da gileylənib:

"Toylar azalıb. Camaatın imkanı yoxdur, çox az dəvət alıram, heç kəsə qiymət oxumuram, kim nə verirsə, götürürəm”.

Qeyd edək ki, müğənni Əlikram Bayramov "Həmin Zaur” verilişində qonaq olub. Aparıcı Zaur Kamal Ə.Bayramova 6 evinin olduğunu, sonuncunu isə Biləsuvarda tikdirdiyini bildirib. Sənətçi isə cavabında "oğurlamamışam ki, zəhmətlə tikmişəm. 300-400 min manat xərcim çıxıb", - deyə bildirib.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26