Interposta.Info

Talıb Talenin yarışmadan sonra telefonu oğurlandı:

Maqazin
 28-10-2017, 10:27     10 456

"Maşın” realiti şousunun qalibi müğənni Talıb Talenin telefonu oğurlanıb.

"XeberBiz" məlumatına görə, bu barədə müğənni "Lent.az”a müsahibəsində bildirib.

"Demək, yarışmaya gələn gündən telefon işlətmirdik. Qalib olan zaman telefonumu gətirdilər, atamla danışdım, daha sonra telefonum oğurlandı. Atamla danışandan sonra telefonum yox oldu, indi də axtarılır, amma tapılmır. İndi kameralara baxılır, araşdırılır. Amma öncədən demək istəyirəm ki, məni gözdən salmaq üçün telefonumda olan şeyləri yaya bilərlər. Amma fikirləşirəm ki, telefonumda elə bir gizli işim yoxdur. Yəni mənə aid gizli yazışmalar, başqa nələrsə yoxdur. Kodda olan telefondur. Düşünürəm ki, bu hadisə məqsədyönlü olub”, - deyə T. Tale qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26