Interposta.Info

“21 yaşında Bəxtiyar Daliyə məxsus bağda ilk dəfə...” - Pərvin Abıyeva hər şeyi yazdı

Maqazin
 26-09-2020, 15:50     1 474

Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial şəbəkədə bağın sahibi haqda müxtəlif fikirlər danışılır.

“İnterPosta” xəbər verir ki, aktrisa Pərvin Abıyeva açıqlamasında həmin bağda illər əvvəl serial çəkildiyini deyib:

“Təxminən 21 yaşım olardı. İlk dəfə serial çəkilirdi. “Oğurlanmış arzular” adlanırdı. O vaxt Bəxtiyar müəllim özü razılıq vermişdi serial çəkilişinə. Çox mehriban və sadə insandır. Hər çəkilişdən sonra bütün çəkiliş heyətinə qonaqlıq verirdi. Həftədə 2-3 dəfə çəkilişlər olurdu. Çəkiliş zamanı Bəxtiyar müəllim özü də bağda olurdu.

Serialda əsas rolları Almaz Ələsgərli və Tural Əsədov canlandırırdı”./shownews.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26