Interposta.Info

Pərvin Abıyeva: Məni o cür baxışlarla süzməsi böyük şərəfdir –

Maqazin
 24-11-2017, 12:58     9 078

Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı “Yanlış anlama” adlı filmin “Baba sahne”də qala gecəsi təşkil edilib.

interposta.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, ekran əsərində Hakan Bilgin, Şevket Çoruh, Bahadır Efe, Duygu Karaca, İslam Mehrəliyev, Fərda Amin, Pərvin Abıyeva, Pelin Sönmez və digərləri rol alıb.

Gecədə Türkiyənin məşhur aktyoru Şevket Çoruhun azərbaycanlı aktrisa Pərvin Abıyevanı qəribə baxışlarla süzməsi qardaş ölkənin mediasına müzakirə mözusuna çevrilib.

Aktrisa Türkiyə mətbuatına yayılan xəbərlərlə bağlı açıqlama verib: “Şevket bəy mənə baxırmış, bunun fərqində olmamışam. O, mükəmməl aktyordur, mən də onu çox sevirəm. İllərdir “Arka Sokaklar” serialını (aktyor orada Mesut Komiser obrazını canlandırıb) izləyirik, könlümüzdə taxt qurub. Onun tərəfindən mənə diqqət olub-olmadığını bilmirəm, amma həmin baxışlarla məni süzməsi böyük şərəfdir. Xəbəri görəndə sevindim, çünki onun diqqətini çəkmək gözəldir”.

interposta.info

Pərvin Abıyeva: Məni o cür baxışlarla süzməsi böyük şərəfdir –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26