Interposta.Info

Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -

Maqazin
 6-05-2017, 16:07     1 594

Pərvin Abıyeva paltarının qala gecəsində cırılmasından danışıb.
Publika.az xəbər verir ki, gənc aktrisa paltarın dar olduğu üçün cırıldığını təkzib edib. Onun sözlərinə görə, “Xənnas” filminin təqdimatına əlbisəsi cırıldığı üçün gecikməyib.
P.Abıyevanın bu barədə sosial şəbəkədə yazdığı açıqlamanı təqdim edirik:
“Paltar mövzusu artıq çox uzandı! Bu məsələ ilə bağlı açıqlama verib və mövzunu bağlamaq istəyirəm. Bəzi məlumatlarda paltarın əynimə çox dar olduğu üçün partladığı deyilir. Bu xəbərlər yalnışdır! Geyimi aldığım moda evinin əməkdaşları mənə demişdi ki, “Bu paltarı hamı istəyir, amma heç kimin əyninə olmur, sadəcə sənə oldu”. Hadisə material dartınan olmadığı üçün baş verdi. Paltarı həqiqətən də çox bəyənərək geyinmişdim. Onu da qeyd etmək istəyirəm ki, bütün özəl günlərdə eyni moda evindən geyinirəm. Yəni, atelyenin keyfiyyətinə şübhə ola bilməz! Jurnalistlərə müsahibə verənə qədər şey çox gözəl gedirdi. Çantamdan dəvətnaməni çıxardıb qardaşıma vermək istəyəndə əlimdən yerə düşdü. Centlemen kişi jurnalistlərimiz və yanımda olan əks cinsin üzvləri sağ olsun ki, heç biri dəvətnamələri əyilib yerdən götürmədi, özüm əyilərək yox, oturaraq götürmək məcburiyyətində qaldım. Və nəticədə zamok yeri azca söküldü. Bunu şişirtməyə ehtiyac yoxdu. Amma çox sağ olsun ki, əziz xalqım bu məsələdə yanımda oldu. Var olun her zaman”.
Paltarı hazırlayan moda evi isə bu açıqlamanı verib:
“Pərvin xanım bizim daimi və sevimli müştərilərimizdən biridir və hər dəfə öz üzərinə xüsusi geyim tikdirir. Hər dəfə bizdən razı qalır, sadəcə bu dəfə vaxt məhdudiyyəti olduğundan tikilə bilmədi, hazır model üçün tikilən paltar alıb. Ola bilsin ki, dar olduğu üçün partlayıb. Gördüyünüz kimi eyni fasonu başqa bir xanım geyinib. Biz də, müştərilərimiz də tikilişə və səliqəmizə əmindir”.
Xatırladaq ki, bir neçə gün əvvəl aktrisanın baş rolda çəkildiyi "Xənnas" filminin təqdimat gecəsində yaşadığı xoşagəlməz hadisə böyük müzakirələrə səbəb olmuşdu.

interposta.info
Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -
Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -
Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -
Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -
Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -
Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -
Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -
Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -
Pərvin Abıyeva əyninə dar olan paltarın cırılmasından danışdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26