Interposta.Info

Röya ikinci dəfə “Altın Kelebek” aldı (FOTO/VİDEO)

Maqazin
 6-07-2020, 09:40     222

Bu gün 46-cı "Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi yeni formatda baş tutub.

"İnterPosta" xəbər verir ki, Covid-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimi yeni dövrə uyğun konsepti ilə tamaşaçı qarşısına çıxıb. Gecədə mükafat qazanan məşhurlar elan edildikdən sonra onlarla əlaqə saxlanılıb, çıxışları yayımlanıb.

Qeyd edək ki, Pantene Altın Kelebek Mükafatlarında artıq 3-cü dəfədir ki, Azərbaycan üçün xüsusi kateqoriya ayrılır. Bu il də 8 məşhur; Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva "Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə namizəd olublar.

Azərbaycanlı izləyicilərin verdiyi səslər nəticəsində "Altın Kelebek”in qalibi Xalq artisti Röya Ayxan seçilib. İkinci dəfə sözügedən mükafata layiq görülən ifaçı mükafatını hazırkı pandemiya səbəbilə itirdiyi sənətçi dostlarına həsr etdiyini bildirib. Xalq artisti xüsusi olaraq hazırladığı repertuarı ilə mükafatlandırmaya rəng qatıb.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26