Röya "Altın Kelebek"ə sahib oldu - VİDEO, FOTO
Ötən gün 44-cü "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutub.
"XeberBiz" Musavat.com-a istinadən xəbər verir ki, Türkiyənin "Oskarı" sayılan mükafat öz sahiblərinə təqdim edilib. Bu il ilk dəfə azərbaycanlı sənətçilər Röya, Nigar Camal və Miri Yusif "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə mübarizə aparıb. Miri Yusif konserti ilə əlaqədar gecəyə qatılmayıb. Xanım sənətçilər stilist Anar Atakişiyevlə mərasimə təşrif buyurub. Röya sarı uzun libası, Nigar Camal cəsarətli, dekolteli libası ilə diqqət çəkib.
Səsvermə nəticəsində Röya Ayxan "Azərbaycanın ən parlaq ulduzu" seçilib. Mükafatı Röyaya Sinem Kobal təqdim edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26