Interposta.Info

Altın Qurd Mauqlini döyüşə çağırdı

İdman
 25-10-2018, 11:18     9 123

Kikboksinqin K-1 versiyası üzrə həvəskarlar arasında dünya çempionu, Avropa ikincisi, peşəkar kikboksinqdə bir neçə kəmərin sahibi, “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə tanınmış idmançımız Zabit Səmədovla döyüşmək istəyir.

"İnterPosta" xəbər verir ki, o, bunu Oxu.az-a müsahibəsində bildirib.

Cənubi azərbaycanlı idmançı (+93 kq) onunla eyni çəkidə olan Mauqli ilə döyüşüb Azərbaycanda ən güclünün kim olmasının bilinməsini çox istədiyini qeyd edib:

“Təbii ki, Zabitlə döyüşmək istəyərəm. O, bizim, hər bir türkdilli vətəndaşın fəxridir. Güclü idmançıdır, Azərbaycan bayrağını qaldırıb. Zabitlə “salam”ımız var.

Onunla gücümü sınamaq istəyərəm. Söhbət burada kimin qalib gəlməsindən getmir. İkimiz də beynəlxalq yarışlarda Azərbaycanı təmsil edirik. Amma istəyərəm ki, o da öz gücünü ortaya qoysun, mən də və Azərbaycanda bu çəkidə kimin güclü olduğu bilinsin”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26