Interposta.Info

Biznesmenlə evlənən cazibədar modelin tələbi ölkəni qarışdırdı - FOTO

Maqazin
 29-01-2020, 15:35     385

30 yaşlı israilli məşhur model Bar Refaeli biznesmen Adi Ezra ilə Hayfa şəhərində evlənib.

Türkiyə mətbuatının məlumatına görə, cütlüyün toyu “Carmel Forest Spa Resort” hotelində baş tutub.

Məşhur modelin toyu ilə bağlı İsrail rəsmilərindən bir tələbi isə ölkədə geniş müzakirələrə səbəb olub.

İsrailli model Bar Refaeli toyun keçirildiyi hotelin hava sahəsinin uçuşlara bağlanmasını istəyib. Biznesmen Adi Ezra ilə evlənən Refaeli toyu çəkmək istəyən paparazzilərin qarşısını almaq üçün Mülki Aviasiya İdarəsinə müraciət edib.

Modelin tələbinə müsbət cavab verilməsi əhali arasında kəskin reaksiya ilə qarşılanıb. Hadisəyə müdaxilə edən İsrailin Nəqliyyat naziri Yisrael Katz qərarın ləğv edilməyəcəyi halda Mülki Aviasiya İdarəsi sədrini vəzifədən qovmaqla təhdid edib.

“Səma bütün İsrail vətəndaşlarına aiddir, bu tədbir üçün xüsusi yanaşma nümayiş etdirə bilmərik”, - nazir bildirib./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26