Interposta.Info

Vatan Şaşmaz cinayətində yeni detallar...

Maqazin
 28-08-2017, 10:27     9 609

Türkiyənin məşhur aparıcısının öldürülməsindən sonra müxtəlif iddialar irəli sürülüb.

Musavat.com-un məlumatına görə, hadisədən sonra keçmiş model Filiz Akerin yaxın ətrafından yeni məlumatlar əldə edilib. Eks modelin yaxınları bildirib ki, Vatan Şaşmazla Filiz Aker sevgili olublar. Vatan özündən 12 yaş böyük olan Filiz Akerlə evlənməkdən imtina edib. Bundan sonra depressiyaya düşən Filiz Aker dəfələrlə intihara cəhd edib. Filiz Akerin yaxınları bildiriblər ki, Vatan Şaşmaz sonra başqası ilə evlənib və evli olduğu müddətdə də Filiz Akerə mesaj yazaraq, onunla görüşmək istədiyini deyirmiş. Eks modelin yaxınları deyib ki, cütlük 7 il əvvəl liftdə tanış olublar. Daha sonra görüşməyə başlayıblar. Filiz Aker Vatan Şaşmaza aşiq olub.

İddiaya görə, zəngin olan Filiz Aker Vatana maddi kömək də edirmiş. Lakin 2 il əvvəl model xanım bütün sərvətini birjada itirib. Bundan sonra eks model daha çox depressiyaya düşüb. Lakin xanim model maddi sıxıntıdan xilas ola bilib. Belə ki, o, iranlı milyarder iş adamı ilə evlənib. Onlar əri ilə Dubayda yaşayıblar.

1 ay əvvəl ərindən ayrılaraq İstanbula gələn Filiz Aker hadisə baş verən otelə yerləşib. Onun zəng edib Vatanı otelə çağırdığı telefon incələməsindən sonra üzə çıxıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26