Interposta.Info

"Məmur uşaqlarından qorxuram" - Məşhur müğənnidən maraqlı açıqlama - Video

Maqazin
 7-09-2019, 09:32     10 439

Müğənni Mina Hüseyn Tolikin "Youtube” layihəsinin qonağı olub.
Mina "Toliklə səmimi"yə şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib:

O, artıq sevgilisi ilə münasibətini bitirdiyini açıqlayıb: "Sevgilimdən ayrılmışam, münasibətimiz bitib. Xəyanəti heç vaxt bağışlamaram. Kişilər qadını dəyişməyə meyillidirlər. Həm də qadağalar çox idi. Müğənni sərbəst olmalıdır. Həyatda istədiyim şeyləri edirdi, lakin alınmadı.

Bu həyatda anama güvənirəm, rəfiqəmdir. Bütün sirrlərimi onunla bölüşürəm. Hətta, ayrılanda anamla məsləhətləşdim. Anam dedi ki, boş-boşuna həyat yaşamaq olmaz, lazım deyil. 3-4 sevgilim olub. 18 yaşımda sevgilimdən ayrılandan sonra dostu mənə yazdı ki, səndən xoşum gəlir. Mən isə razılaşmadım”.

Mina məmur övladları ilə sevgi münasibətlərindən qaçdığını etiraf edib:

"Məmur uşaqlarından qorxuram. Pullu insanlara inanmıram, onlardan qaçıram. Harınlamış olurlar. Məmur uşaqları heç vaxt ciddi münasibətdə olmurlar”./sfera.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26