Interposta.Info

Afətin məşhur mahnısı qadağan edilib? - Video

Maqazin
 4-03-2019, 18:16     10 501

Efirlərdə “Pəncu-şeş” mahnısını oxumağıma qadağa qoyulmayıb.

Bu sözləri Kult.az-a açıqlamasında müğənni Afət Fərmanqızı efirlərdə Nəsiminin “Sığmazam” qəzəlinə oxuduğu mahnının rəsmi şəkildə qadağan edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

“Hələ ərəb musiqisi üzərində Nəsiminin 9 qəzəlinə mahnı oxuyacağam. Hamısını da efirdə səsləndirəcəyəm”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl News24.Az saytı Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu məşhur “Pəncu-şeş” hind mahnısına rəsmi şəkildə qadağa qoyulduğunu yazmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26