Interposta.Info

Afət Fərmanqızının əri sərbəst buraxıldı

 

Maqazin
 3-02-2022, 11:21     387

Tanınmış müğənni Afət Fərmanqızının həyat yoldaşı, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Mamed Nanacanov sərbəst buraxılıb.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Hazırda onun barəsində olan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Müğənni Afət Fərmanqızı APA-ya açıqlamasında bunu təsdiq edib. O bildirib ki, həyat yoldaşının Xəzər rayon Polis İdarəsi tərəfindən saxlanılması ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib: "Cənab nazir bundan sonra məsələyə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göstəriş verdi. Hazırda işlə bağlı obyektiv araşdırma aparılır. Diqqət və qayğıyla bağlı cənab nazirə təşəkkür edirəm".

A. Fərmanqızı bu məsələ barədə qeyri-dəqiq məlumatlar dərc edən KİV-i məhkəməyə verəcəyini də bildirib.

Qeyd edək ki, Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26