Interposta.Info

Renkanın ərindən ayrılma səbəbi: “Bir söyüşə görə...” –

Maqazin
 1-03-2019, 13:57     10 498


“Kərimlə çəkilən videonun səsi kəsilmişdi, biz deyib gülürdük. Bizi Kərimin prodüseri çəkmişdi. Mən bilmədən paylaşılmışdı. Əslində rəylərə fikir vermirəm. Rejissorun işinə qarışmıram, amma yayılan görüntülər daha səmimi idi. Klipdə onlar yoxdur. Məncə, belə daha səliqəlidir”.

İnterPosta.info
xəbərinə görə, bu sözləri musavat.com saytının suallarına cavab verən rəqqasə Renka deyib. O, Kərim Abbasovun “Ləkə” klipində oynadığı obraza görə tənqid edilməsindən də danışıb:

“Klipdəki görüntülərdən sonra mənə təhqirlər yazırlar. “Allah sənin bəlanı versin, ailə dağıdırsan” deyirlər. Hamıya bir-bir cavab yazmışam ki, o klipdir, inanmayn. Kərimlə dostuq. Kərimin xanımını tanıyıram, münasibətimiz əladır. Bizi aktyor, aktrısa kimi qəbul edin”.

- Qarşı cinsi tərk etməyə sizi nə vadar edər?

- Çox şey ola bilər. Mən 7 illik ailəmi 1 günün içində dağıdan insanam. Yaxınlarımı söymüşdü deyə bir günə ayrıldım. Elə ailə var ki, adi şeyə görə problem yaşayır. Rəfiqəm qabları yumadığı üçün əri onu döymüşdü, o da ərindən ayrıldı. Cütlüklər arasında xəyanətə, qısqanclığa görə də ayrılıq yaşanır. Dünyada xəyanət etməyən kişi yoxdur. Mən hər dəfə xəyanəti bağışlayırdım, amma söyüş götürə bilmirəm.

- Qadınlar hər zaman deyir ki, qadın olmaq çətindir. Bəs kişi olsaydınız, nələr edərdiniz?

- Sadiq, romantik, mərd kişi olardım. Heç vaxt xəyanət etməzdim. Çalışqan olardım. Onsuz da kişi kimi qadınam, ailəmin bütün yükü üstümdədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26