Interposta.Info

ARB-nin efirində idmançı ilə rəqqasə əlbəyaxa oldu -

Maqazin
 6-06-2018, 13:30     10 660

ARB-də yayımlanan "Sirdaş Rövşanə" proqramında qonaqlar arasında əlbəyaxa dava olub.

Kult.az xəbər verir ki, rəqqasə Simona ilə idmançı Amirin mübahisəsi o həddə çatıb ki, onlar bir-birlərinə əl qaldırıblar.

Amir "Oriyental rəqs görəndə ətim tökülür. Görmək belə istəmirəm" deyib. Verilişdə qonaq olan digər rəqqasə "Mənim də "kaçok" oğlanlardan zəhləm gedir" deyərək qarşılıq verib.

İdmançının yanında əyləşən Simona ona xitabən "Biz belə tərbiyəsiz deyilik", deməsi deməsi qarşı tərəfi qəzəbləndirib. O, qarşısındakı masanın üzərindəki stəkandakı suyu rəqqasənin üstünə atıb.

Bunun ardınca bir-birinin üzərinə hücum edərək əlbəyaxa dalaşıblar.

interposta.info sözügedən kadrları təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26