Interposta.Info

Röyanın klipinə çəkdiyi məşhur aktyor ermənipərəst çıxdı

Maqazin
 3-05-2018, 13:03     10 468

Müğənni Röya Ayxanın "Günahsız günahım" adlı klipində çəkilən məşhur fransız aktyor Sami Naseri qondarma erməni soyqırımından bəhs edən "Anadolu hekayəsi" filmində baş rol alıb.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, filmin çəkilişləri Fransada aparılır. Ssenarisi Mark Arenin 1915-ci il qondarma erməni soyqırımından bəhs edən "Vəhşi güllərin açıldığı yer: Bir Anadolu hekayəsi" kitabı əsasında yazılan filmin rejissoru Artak İgityandır.

Filmin qısa məzmunu:
Film millətçi bir türkün həyatından bəhs edir. Həyatı boyu ermənilərə qarşı fəaliyyət göstərən şəxs sonda özünün erməni olduğunu etiraf edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26