Interposta.Info

"Ən böyük arzum, Vətənim uğrunda şəhid olmaqdır"

Manşet
 13-04-2017, 22:39     701

Aprel döyüşlərində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Pəncəli Teymurovun həyatından bəhs edən "Arzusuna çatan bəy" sənədli film çəkilib. "Qoca Qurd" ləqəbli Pəncəli Teymurov XTQ - nin giziri olub.

"interposta.info" xəbər verir ki, filmin çəkilməsində məqsəd, şəhidin öz toyunda, - "Ən böyük arzum şəhid olmaqdır", - dediyi arzusuna çatması olub. Toyda iştirak edən müğənni Manaf Ağayev də bu haqda danışıb.


Eyni zamanda, filmdə T. Pəncəlinin həyat yolunu onun valideynləri, əmiləri, qardaşları, müəllimləri, dostları və onu tanıyan digər insanların xatirələri yer alıb.

Filmin əsas çəkilişləri şəhidin böyüyüb boya başa çatdığı Astaranın Əzərud kəndində olub.

Filmin ssenari müəllifi Samir Şirvanzadə, rejissoru isə Nurlan Məlikzadədir.
Azadə Bayramova

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26