Interposta.Info

Prezidentin bəhs etdiyi filmin Bakıda çəkilən kadrları -

Ölkə
 1-05-2017, 17:03     485

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında iştirak edib.

Ölkə başçısı şəhərciyin yerləşdiyi ərazi ilə bağlı danışarkən, məşhur aktyor Ceyms Bondun filmlərindən birinin burada çəkildiyini vurğulayıb.

interposta.info BakiPost.az-a istinadən xəbər verir ki, dövlət başçısının bəhs etdiyi film "Agent 007”nin 19-cu seriyası olan "Bütün dünya belə yetərli deyil”dir. (The world is not enough)

Film 1999-cu ildə çəkilib. Kinonun bir hissəsində britaniyalı kəşfiyyatçı Azərbaycana, Bakıya gəlir. Görüntülər neft daşlarında, Yanar dağda və bir sıra yerlərdə lentə alınıb.

Filmdən həmin hissəni təqdim edirik:

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26