Interposta.Info

Əhliman Rəhimov: “Qıza papaq at, yıxılmadısa ver ərə”

Maqazin
 16-03-2018, 15:07     10 535

ARB TV-nin "Səhər – Səhər” verlişinin növbəti qonağı aşıq Əhliman Rəhimov olub.

"XeberBiz" xəbər verir ki, xalq artisti Zümrüd Məmmədovanın 22 yaşlı qızının evlənmək üçün hələ yaşının tez olduğuna münasibət bildirən aşıq Əhliman maraqlı açıqlama verib:

"Hələ 5 yaş gecikib. Mən belə eşitmişəm. Deyir ki, papağı at qıza, yıxılmadısa, ver ərə. Böyük dahilərin birindən eşitmişəm ki, insanlar 3 şeyə tələsməlidir. Birinci borcunu verməyə, 2-ci evladlarını maarifləndirməyə çalışmalıdır, 3-cü isə övladlarını yerəyer etməlidir. Qızdırsa köçürməli, oğlandırsa evləndirməlidir. Bir yandan isə 3 əsas şərt var. 1-ci ocaq, 2-ci məktəb, 3-cü mühit. Ocağı təmiz olan, məktəbi güclü olan insanlara mühit qalib gələ bilmir. Əksinə elə insanlar mühit yaradırlar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26