Interposta.Info

"İlhan Mansıza aşiq oldum,

Maqazin
 8-02-2017, 16:19     763

"İlhan Mansıza aşiq oldum,

Türkiyənin TV8 kanalında yayıilanan "Survivor 2017"ni tərk edən Seda Demir maraqlı açıqlama verib. Fanat.Az xəbər verir ki, aktrisa Türkiyə millisinin sabiq futbolçusu İlhan Mansızla yaşadığı münasibətdən danışıb.

İlhan Mansızla yaşadığı mübahisəyə görə çox məyus olduğunu bildirən Seda Demir "İlhanla mübahisə etdik, o məni məhv etdi. Sonra məndən üzr istədi, amma bunu heç kim eşitmədi. Səhv onda idi. Vaxtı ilə hamımızın sevdiyi futbolçu idi. Mən 18 yaşımda ona aşiq olmuşdum" deib.

"Gəncliyində aşiq olduğunu ona dedinmi" sualına aktrisa belə cavab verib: "Deyə bilmədim. İlk gündən mübahisə yaratdığı üçün vaz keçdim. Çünki qırıldım".

Seda Demir İlhan Mansızla yanaşı, keçmiş futbolçu Serhat Akından da incidiyini bildirib.

Qeyd edək ki, 33 yaşlı Seda Demir Azərbaycanda da maraqla izlənmiş "Yaprak Dökümü", "Yıldız Masalı", "İntikam", "Beyaz Karanfil" seriallarında rol alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26