Azərbaycanda bu aparıcılar efirdən getdi - Reytinq savaşları
Yerli telekanallarımın bir-biri ilə etdiyi reytinq savaşı davam edir.
interposta.info oxu.az-a istinadən xəbər verir ki, proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.
Belə ki, Xəzər Tv-də yayımlanan "Oyan Azərbaycan”ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.![]()
ARB telekanalında yayımlanan "Şənbə səhəri” verilişinin aparıcısı da dəyişdirilib. Proqrama aparıcılıq edən prodüser Təranə Səmədova işindən uzaqlaşıb. Telekanaldan verilən məlumata görə, bundan sonra verilişdə aparıcılığı Günay Rəhimova edəcək.![]()
"ARB”də digər dəyişiklik isə prodüser Sayqa Cahidin apardığı "Sayqa ilə bu axşam” verilişi ilə bağlıdır. Belə ki, proqram mart ayının 2-sindən sonra yayımlanmayacaq.![]()
"Azad Azərbaycan” telekanalında da dəyişiklik olub. Bir neçə gündür Azər Axşamın aparıcılığını etdiyi "Bir axşam” verilişini Cavid Gül aparır.
interposta.info![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

