Interposta.Info

Sayqa Cahidin vəziyyəti ağırdır - Təcili Türkiyəyə aparıldı

Ölkə
 3-09-2021, 14:06     404

Tanınmış prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırdır.

Bu barədə "Qafqazinfo”ya prodüserin rəfiqəsi, aparıcı Fira Cəlilova məlumat verib. Onun sözlərinə görə, S. Cahid bir müddət əvvəl Bakı Sağlamlıq Mərkəzinin uroloq-androloqu Dr. Niyaməddin Əliyev tərəfindən əməliyyat olunub. İddiasına görə, həkim səhvi ucbatından prodüserin səhhəti daha da pisləşib, böyrəyinə qoyulan stend çıxarıldıqdan sonra hərarəti artıb: "Vəziyyəti kritikdir, Türkiyəyə aparılıb. Orada həkimlər təcili konsilium ediblər. Bildiriblər ki, cərrahi müdaxilə zamanı infeksiya keçib. Qırmızı qan hüceyrələri də həddən artıq düşüb. Bakıda olan həkim isə telefonlara cavab vermir”.

Məsələ ilə bağlı adıçəkilən həkim Niyaməddin Əliyevlə əlaqə saxladıq. Həkimin köməkçisi onun əməliyyatda olduğunu, gün ərzində açıqlama verəcəyini deyib.



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26