Interposta.Info

Turanın verilişi bağlandı, özü ATV-dən çıxarıldı…

Maqazin
 26-09-2017, 14:29     9 918

Hər gün səhər saat 08:00-da ATV kanalında efirə gedən “ATV Səhər” proqramı bu gün yayımlanmayıb. Verilişin əvəzinə efirə İlqar Mikayıloğlunun aparıcılıq etdiyi “İlqarla bir gün” verilişi gedib.

interposta.info
xəbər verir ki, Azxəbər.com saytı verilişin efirə getməməsinə səbəb kimi “ATV Səhər” proqramının fəaliyyətini yenidən dayandırmasını göstərib. Saytın əldə etdiyi məlumata görə, proqramın birdəfəlik efirdən yığışdırılmasına səbəb aparıcısı Turan İbrahimovun tənqidin sərhədlərini aşması olub.

T.İbrahimovun isə kanaldan uzaqlaşdırıldığı bildirilib.

Məsələ ilə bağlı həm də kanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olan Turan İbrahimovla əlaqə yaratmağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.

“ATV Səhər” verilişinin əvəzinə efirə gedən “İlqarla bir gün” verilişinin aparıcısı İlqar Mikayıloğlu isə Axar.az-a açıqlamasında bu barədə bir söz deyə bilməyəcəyini qeyd etdi:

“Kanalın mətbuat xidməti ilə danışsanız, daha yaxşı olar. Mən bu barədə bir söz deyə bilmərəm. Onlar açıqlama versə, daha məqsədəuyğundur”.

Qeyd edək ki, “ATV Səhər” verilişi bu ilin may ayından efirdən yığışdırılmışdı. Veriliş efir məkanına 1 sentyabrdan qayıdıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26